24 yanvar 2025 13:42
118

Cəbrayılda GES-in tikintisinə bu il başlanacaq

Cəbrayıl rayonunda "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) fiziki tikintisinə cari ildə başlanacaq.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"2024-cü ilin noyabrında COP29 iqlim konfransı çərçivəsində “Şəfəq” GES-in tikintisi layihəsinin həyata keçirilməsi üçün investisiya sazişi imzalanıb. Gələcək stansiyanın ərazisinin minalardan təmizlənməsi artıq başa çatıb, sertifikatlaşdırma prosesi qalıb. Layihənin texniki-iqtisadi əsaslandırması da artıq hazırdır. Bu il stansiyanın tikintisi üzrə yekun investisiya qərarının qəbul edilməsi gözlənilir", - B.Aslanbəyli qeyd edib.