24 yanvar 2025 15:05
111

BP “Qarabağ" neft yatağının işlənilməsi üçün SOCAR ilə müzakirə aparır

BP “Qarabağ" neft yatağının işlənilməsi layihəsinə daxil olmaq şərtlərini dəyərləndirir.

“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında bp şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Bu layihə ilə bağlı danışıqlar gedir. 2024-cü ilin sentyabrında SOCAR ilə “Qarabağ” yatağının işlənməsi üzrə Anlaşma Memorandumu imzalandı. Bu memorandum çərçivəsində fəaliyyətlərin nəticəsi ilə bağlı açıqlama veriləcək”,- deyə o bildirib.