SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun təyinatı ilə Keyfiyyətin təminatı şöbəsinin müdiri, həmçinin BANM məzunu Güldənə Hidayətli Ali Məktəbin Strateji inkişaf üzrə prorektoru təyin edilib.
“İki sahil” xəbər verir ki, Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsi isə BANM məzunu Aysel Rzayevaya həvalə edilib.
Rektor hər iki təyinatı kollektivə təqdim edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Öz növbəsində, onlar yeni vəzifəsinə yüksək məsuliyyətlə yanaşacaqlarını və Ali Məktəbə öz töhfələrini verməkdə davam edəcəklərini bildiriblər.
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib