Fələstinin HƏMAS radikal hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı 4 qadın girovun adını açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, onlar İsrail ordusunda xidmət edirdilər.
"İsraillə mübadilə sazişi çərçivəsində biz 25 yanvarda hərbçilər - Karina Ariyev, Daniela Gilboa, Naama Levi və Liri Albaqı azad etməyi qərara aldıq", - məlumatda qeyd edilib.