Polşanın idman və turizm naziri Slavomir Nitras amerikalı iş adamı İlon Maskın Tesla avtomobillərini boykot etməyə çağırıb.
“İki sahil” xəbər verir ki, RİA Novosti onun sözlərindən sitat gətirir: “Artıq heç bir normal polyak "Tesla" almamalıdır”.
Nitras, istehlakçı boykotu ilə Muskın şərhlərinə "ciddi və qəti" cavab verməyə çağırıb.
Xatırladaq ki, Almaniyada bir neçə şirkət Maskın açıqlamalarına və hərəkətlərinə görə "Tesla" avtomobillərini almaqdan imtina edib.
“Almaniya üçün Alternativ” partiyasının tədbirində videoformatda çıxış edən Mask Almaniya hökumətini söz azadlığına totalitar yanaşmada ittiham edib.