İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında Baş Prokurorluğun başlatdığı hər iki istintaq çərçivəsində bu gün İstanbul Ədliyyəsində prokurorluğa ifadə verib.
“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, İmamoğlu İstanbul Baş prokuroru Akın Gürleki hədələdiyi və eksperti hədəf alması ilə bağlı iddialara cavab verib.
Əkrəm İmamoğlu bu iki istintaq çərçivəsində İstanbul Ədliyyəsinə gedib. İmamoğlu prokurorluğa ifadə verib.
Ədliyyə binası və ətrafında sıx təhlükəsizlik tədbirləri görülüb. İmamoğluna dəstək üçün Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş da orda olub.