31 yanvar 2025 15:15
125

Daim diqqətdə olan gənclər siyasəti

“Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq...” ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinə ünvanladığı bu kəlam Azərbaycanda gənclər hərəkatının formalaşmasında, gənclərin ictimai və siyasi həyatda rolunun artmasına böyük təsir göstərib.

Həyata keçirilən gənclər siyasətinin fonunda mühüm irəliləyişlər əldə olunub ki, bunun da nəticəsini biz 44 günlük Vətən Müharibəsində gördük. Hərbi arenada gənclərin şücaəti Qələbəmizin əsas motivlərindən biri idi.

Gənclərlə bağlı qəbul olunan dövlət proqramları, bu yöndə həyata keçirilən islahatlar nəticəsində istər dövlət, istərsə də digər mühüm postlarda gənc kadrlar təmsil olunur və aparılan araşdırmalar da onu deməyə əsas verir ki, gənclər onlar qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirirlər.  

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olundu. Dövlət başçısının bu addımı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə təkan verdi.

Bu gün Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Azərbaycan gəncinin yeniliyə, təkmilləşməyə göstərdiyi maraq bu gün azad edilmiş torpaqlarda həyata keçirilən bərpa-quruculuq işlərinə göstərdikləri dəstəkdə də özünün aydın ifadəsini tapır. Gələcəyimiz olan gənclər əldə etdikləri uğurlara, potensial imkanlarına söykənərək daim yeni-yeni hədəflərə doğru inamla addımlayırlar.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı