31 yanvar 2025 15:22
103

BANM tələbələri beynəlxalq aləmdə Azərbaycanı təmsil edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Bhosware” komandası “HackDay Challenge”beynəlxalq kibertəhlükəsizlik yarışında II yerə layiq görülüb.

“İki sahil” xəbər verir ki, komandamız 28-29 mart tarixlərində keçiriləcək finala vəsiqə qazanıb.

Komanda rəhbəri İnformasiya təhlükəsizliyi kafedrasının müəllimi Nihad Əlilidir.

Komanda üzvləri sırasında İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri Əli Məhərrəmli, Oqtay Əhmədov, Əliəsgər Əliyev, Fuad Qurbanov və Fuad Əliyev yer alıblar

Yarışda 151 komanda iştirak edib və kibertəhlükəsizlik üzrə fərqli tapşırıqları həll etmək üçün mübarizə aparıb.