Yanvarın 30-da ABŞ-dakı erməni lobbisinin əsas simalarından biri, 71 yaşlı ermənipərəst keçmiş amerikalı senator Bob Menendesə hökm oxunub. Korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham olunan bu şəxsə 11 il müddətinə azadlıqdan məhrum edilmə cəzası kəsilib. Hökmdən əvvəl keçmiş senator ağlayaraq ailəsindən başqa, onun üçün dəyərli olan hər şeyi itirdiyini bildirib. Bununla yanaşı, Demokratlar Partiyasından olan senator törətdiyi əməllərdən utanıb-qızarmadan məhkəmənin hökmünü “siyasi təqib” kimi qiymətləndirib.
Xatırladaq ki, prokurorlar ABŞ Senatının Xarici əlaqələr komitəsinin sabiq rəhbəri Bob Menendesə 24 ildən 30 ilə qədər həbs tələb ediblər. Amma məhkəmə keçmiş senatorun yaşını, dövlət qulluğunda “təcrübə”sini nəzərə alaraq 11 il həbs cəzası ilə kifayətlənməyi qərara alıb.
Erməni əsilli həyat yoldaşı Haykanuşun - Nadine Menendesin (Arslanyanın) “məsləhət”ləri ilə hərəkət edən, gördüyü “iş”in müqabilində qızıl külçələr, yüzminlərlə dollar, avtomobil və digər formada rüşvət alan bu senatoru başqa hansısa aqibət də gözləyə bilməzdi. Bütün bunlar 2020-ci ildə Menendeslə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən Nadine Arslanyan üçün əlamətdar maliyyə dönüşü olub. Bu mənada demək olur ki, Bob Menendes bu acı sonluğa öz nəfsi, daha doğrusu, erməni əsilli arvadı sayəsində qovuşub. Şübhəsiz, hayların yeznəsi Bobu da bu kriminal əməllərə şirnikləndirən sonradan ailə qurduğu hay zövcəsi olub.
Bəli, bu həmin Menendesdir ki, Nadine Arslanyanın “dərs”ləri əsasında türkofob, anti-Azərbaycan fəaliyyəti ilə seçilib. Hətta Arslanyan 2020-ci ildə etiraf edib ki, Menendesi 1915-ci il “erməni soyqırımı”nın tanınması üçün təbliğat aparmağa təşviq edib. Bu həmin Menendesdir ki, ABŞ hökumətinin Azərbaycana birbaşa hərbi yardımını nəzərdə tutan qətnamə layihəsini bloklayanlardan, vaxtaşırı ABŞ prezidentlərinin Azərbaycana qarşı 907 saylı Düzəlişi dayandırmasına etiraz edənlərdən, eləcə də Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasına qarşı çıxanlardan biri olub. Hayların alovlu təəssübkeşinə çevrilən, ABŞ-dakı erməni lobbisini hər cəhətdən dəstəkləyən, rəsmi Vaşinqtonun mövqeyinə baxmayaraq, Türkiyəyə F-16 qırıcılarının, habelə onun komponentlərinin satışının qarşısını alan Menendesin təşəbbüsü ilə 2023-cü il sentyabrın 14-də Senatın Xarici əlaqələr komitəsində “Qa-rabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirilib. O, həmin dinləmələrdə utanıb-qızarmadan guya ermənilərin Azərbaycan tərəfdən soyqırımına məruz qaldığını iddia edib. Menendes həmin dinləmələrdə özünü prokuror kimi aparıb, hətta Dövlət Departamenti rəsmilərinə sərt şəkildə deyib ki, Bakını cəzalandırmaq lazımdır. Göründüyü kimi, Menendesin Azərbaycan əleyhinə etdiklərini sadalamaqla qurtarmır. Bu mənada əminliklə demək olar ki, ABŞ-da ölkəmizə qarşı təşkil olunan bütün kampaniyalarda, qəbul edilən qətnamələrdə onun əli vardır.
Şübhəsiz, Menendes haylara göstərdiyi bu xidmətlərin qarşılığını artıqlaması ilə alıb. Bu da onun heç bir mənəvi dəyər tanımadığından, milyonlara təslim olmasından xəbər verir. Təkcə milyonlaramı? Onu da qeyd edək ki, bundan əlavə, Menendesin Türkiyəyə və Azərbaycana qarşı “layiqli” işi yüksək qiymətləndirilib. Belə ki, o, 2022-ci ilin mayında Ermənistanın “Dostluq” ordeninə də layiq görülüb.
Yeri gəlmişkən, Menendesin qərəzli mövqeyi ölkəmizdə dəfələrlə tənqid olunub. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın PBC kanalına müsahibəsi zamanı ermənipərəst və antitürk mövqeyi ilə fərqlənən, erməni lobbisinin sifarişlərini yerinə yetirən Bob Menendesi tənqid edib. Amma o, erməni haxçıxı Nadine Arslanyanın sayəsində bunların heç birindən nəticə çıxarmayıb. Yəqin ki, Menendesin acı aqibəti bütün anti-Azərbaycan qüvvələrə görk olacaq. Daha doğrusu, onlar bundan sonra haykanuşların atdığı tora düşməzdən əvvəl Menendesin aqibətini yada salacaqlar.
Qvami Məhəbbətoğlu, “İki sahil”