Çinin Sinxua Xəbər Agentliyinin ölkənin Milli Enerji Administrasiyasına istinadla verdiyi məlumata görə, bu ölkədə xam neft və təbii qazın birgə hasilatı 2024-cü ildə ilk dəfə olaraq 400 milyon ton neft ekvivalentini ötməklə tarixi bir mərhələyə çatıb.
Bundan əlavə, Administrasiya açıqlayıb ki, ölkənin xam neft və təbii qaz hasilatı ardıcıl səkkiz il ərzində 10 milyon tondan çox illik artımı qoruyub saxlayıb.
2024-cü ildə Çinin xam neft hasilatı 2018-ci illə müqayisədə 24 milyon ton əhəmiyyətli artımla 213 milyon tona çatıb. Təbii qaz hasilatı da son altı il orta illik artımla 13 milyard kubmetrdən çox artaraq 246,4 milyard kubmetrə çatıb.
Dəniz və qeyri-ənənəvi ehtiyatlar hazırda bu hasilat artımının əsas hissəsini təşkil edir. Çinin şist neft hasilatı 2024-cü ildə 6 milyon tona yüksələrək illik müqayisədə 30 faizdən çox artıb.
Bundan əlavə, Çinin şist qazı hasilatı 25 milyard kubmetri keçərək davamlı artım tendensiyasını qoruyub.
Nubar Süleymanova, “İki sahil”