Xəstəliklər illərlə heç bir əlamət göstərməyə bilər və sonra birdən-birə ağırlaşa bilər. Məsələn, biri infarkta, digəri bütün bədənin iflicinə, üçüncüsü isə qaraciyəri məhv edərək sirroza səbəb ola bilər. Bədəndə ən çox inkişaf edən "səssiz qatilləri" həkim Aleksandr Myasnikov “Rossiya 1” telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişinin yeni buraxılışında sadalayıb:
Ürək-damar xəstəlikləri;
Xərçəng;
xroniki obstruktiv ağciyər xəstəliyi;
yoluxucu xəstəliklər (QİÇS və s);
diabet;
ateroskleroz;
hepatit C və B.
“Xəstəlik gücləndikdə bəzən bir şey etmək çox gec olur, çünki onunla mübarizə aparmaq son dərəcə çətindir. Xəstəlik erkən mərhələdə aşkar edilərsə, statistika fərqli ola bilər”, - deyə həkim bildirib.
"II tip şəkərli diabet aşkar edilən zaman demək olar ki, hər kəsdə onsuz da göz dibində dəyişikliklər və böyrəklərdə dəyişikliklər olur. Çünki şəkəri lazımi qaydada yoxlamırıq, ona görə də diaqnoz həmişə iki-üç il gecikir", -deyə doktor Myasnikov izah edib.
Həkim və teleaparıcı əlavə edib ki, bu xəstəliklərlə bağlı bütün problem onların asimptomatik olmasıdır, ona görə də mütəmadi olaraq tibbi müayinədən keçmək və sağlamlığınızı diqqətdə saxlamaq lazımdır.
Nubar Süleymanova, “İki sahil”