01 fevral 2025 00:12
95

Bu qidalar oynaqlara zərərlidir

Bəzi qidalar oynaqlarınızın sağlam qalmasına kömək edir, digərləri isə onları məhv edir.

“Rossiya 1” telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində oynaqların pəhrizimizə niyə bu qədər həssas olduğu barədə danışılıb. Bəzi qidalar onlar üçün əks təsirə malikdir.

Şirin qazlı içkilər

Şəkərli sərinləşdirici içkilər də daxil olmaqla yüksək şəkərli qidalar bədəndə iltihablı aktivliyi artırma potensialına malikdir və bu da oynaq ağrılarını daha da pisləşdirə bilər.

Yüksək kalorili ət məhsulları

Podaqra xəstəliyində artikulyar səthin zədələnməsi baş verir - mikrokristal artrit yaranır. Yüz illər ərzində aparılan tədqiqatlar və empirik təcrübələr göstərir ki, podaqradan əziyyət çəkən insanlar kolbasa, sosis, digər işlənmiş ət məhsulları və ümumiyyətlə, ətdən sui-istifadə etdiklərində, vəziyyətləri çox vaxt pisləşir və oynaqları kəskin şəkildə iltihablanır.

Bunun əksinə, ümumilikdə bədəndə iltihabı azaltmağa qadir olan qidalar oynaqlar üçün də olduqca faydalıdır.

Nubar Süleymanova, “İki sahil”