Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Böyük Britaniyanın tanınmış “Metatek” şirkəti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib.
“İki sahil” SOCAR-a istinadən xəbər verir ki, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır.
Bu çərçivədə dünyada məşhur “LockheedMartin” şirkətinin ən son eFTG texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək. Əldə olunan nəticələr ölkəmizin yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq.
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb
Bakı Ali Neft Məktəbi ilə “Nobel Energy” şirkətlər qrupu arasında əməkdaşlıq imkanları müzakirə edilib