02 fevral 2025 15:00
110

Rusiya Futbol İttifaqının prezidenti açıqlanıb

Aleksandr Dyukov yenidən Rusiya Futbol İttifaqının (RFU) prezidenti seçilib.

“İki sahil” xəbər verir ki, seçkilər təşkilatın Moskvada keçirilən konfransında baş tutub.

Dyukov seçkilərdə yeganə namizəd olub və o, yekdilliklə yenidən rəhbər seçilib.

Qeyd edək ki, 57 yaşlı A.Dyukov RFS prezidenti vəzifəsini 2019-cu il fevralın 22-dən icra edir.