03 fevral 2025 11:54
72

Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 21-də Abşeronda vətəndaşları qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-də saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.