Ermənistan sülhdən danışıb, ən azı 2027-ci il fevralın 19-a qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Elman Nəsirov deyib.

O xatırladıb ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb:
“Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və ordakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdırlar?”.
E.Nəsirov vurğulayıb ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz.
“Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevirilməsi istisna deyil”, - o deyib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır