Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında məsələ müzakirə olunub.
Yaz sessiyasının qanunvericilik işləri planına Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "2024-cü il dövlət büdcəsinin icrası haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi" haqqında qanun layihələri daxil edilib.
Həmin müddətdə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanması da nəzərdə tutulur.
Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb