Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yaradılıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında komissiyaların yaradılması haqqında qərar layihələri müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, Hesablayıcı komissiyasının tərkibinə deutatlar Naqif Həmzəyev, Sevinc Hüseynova, Eldar Quliyev, Soltan Məmmədov, Rövşən Muradov, Səbinə Salmanova və Mixail Zabelin daxil ediliblər.
İntizam komissiyasının tərkibinə isə Kamal Cəfərov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Asim Mollazadə, Səttar Möhbalıyev, Nizami Səfərov daxil ediliblər.
Hər iki qərar layihəsi səsə qoyularaq qəbul edilib.
Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, əksinə, birləşdirir - Hikmət Hacıyev
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb