Fəlakət zonasının sakinləri 2023-cü ilin dağıdıcı fevral zəlzələlərinin fəsadlarının aradan qaldırılmasında dəstəyinə görə qardaş Azərbaycana ürəkdən minnətdardırlar. İstərdik ki, şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümüzü bildirək.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a Türkiyənin Adıyaman vilayətinin valisi Osman Varol bildirib.
Vali vurğulayıb ki, Azərbaycan həm maliyyə yardımı göstərərək və xilasediciləri fəlakət zonasına göndərərək, həm də konteyner şəhərcikləri yaradaraq və humanitar yükləri tədarük edərək öz qardaş köməyini əsirgəməyib.
O.Varol qeyd edib ki, son iki ildə fəlakət zonaları olan bütün vilayətlərdə bərpa işləri istiqamətində atılan addımlarda Azərbaycanın dəstəyi hiss olunub.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır