3 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub.
XİN-dən "İki sahil"ə verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan və Latviya arasında mövcud əlaqələr gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə ikitərəfli, o cümlədən regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların əhəmiyyəti qeyd olunub.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır