04 fevral 2025 01:56
125

Makronlaşmış Avropa Şurasının subulandırması…

Ata-babası işğalçı olan Şvabe niyə bizə diş qıcayır?

Fransanın Strasburq şəhərində  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, Azərbaycan nümayəndə heyəti sessiyaya nümayəndə göndərməyib. Ötən ilin yanvarında AŞPA-da guya  insan hüquqlarının vəziyyətinə istinad edilərək, Azərbaycan nümayəndə heyətinin mandatı ermənipərəst deputatların qərəzi ucbatından 1 il müddətinə dondurulmuşdu.

2025-ci il sessiyasına qatılmayan deputat qrupumuzun rəhbəri Səməd Seyidov mətbuata açıqlamasında Strasburqa getməmələrində təəccüblü bir şey olmadığını deyib: “Biz bir il əvvəl oranı tərk edərkən, mövqeyimizi açıq şəkildə ifadə etmişik ki, bizə qarşı qərəz , böhtan kampaniyası dayandırılmalıdır. 2025-ci il sessiyası başlayıb, bu günə qədər də bizə qarşı münasibətdə müsbət dəyişiklik olmadı. Ona görə də mövqeyimiz dəyişməz olaraq qaldı”.

Tamamilə məntiqli və haqlı qərardır. Çünki böhtançılarla, ədaləti ayaq altına atanlarla bir sırada olmaqdansa, qoy özləri deyib özləri də eşitsinlər. Onsuz da bu təşkilata üzv olandan bəri AŞPA bizim haqq işimizi dəstəkləmək əvəzinə işğalçı Ermənistana yarındılar. Terrorçu dövlətə heç bir irad bildirmədilər, dolayısı ilə Qarabağda yuva salmış separatçı ermənilərin bir tayı oldular.

Azərbaycanın Avropa Şurasında səs hüququndan məhrum edilməsinin təşəbbüskarlarından biri olan almaniyalı deputat Frank Şvabe isə özünün “X” sosial şəbəkə hesabında azərbaycanlı deputatların AŞPA-ya getməməsinə dair paylaşım edib: “Azərbaycan Avropa Şurasının dəyərlərinə və qaydalarına prinsipial hörmətsizlik nümayiş etdirdiyinə görə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə malik ola bilməyəcəyini etiraf edir və Strasburqa akkreditasiya üçün nümayəndə heyəti göndərmir”.

 Göründüyü kimi, bütün məsələlərin müzakirəsində Azərbaycana düşmən münasibətini gizlətmədən göstərən Şvabenin dedikləri başdan-ayağa yalandır. Əgər desə ki, biz burada anti-Azərbaycan fəaliyyəti göstəririk, Bakıda həbsdə olan hərbi cinayətkarların azad edilməsini tələb edirik, Fransanın neokolonialist siyasətinə, ədalətsizliklərinə göz yumulmasını istəyirik, bu, düzgün cavab olardı. Çoxdan məlumdur ki, Avropa Şurası adlandırılan təşkilat artıq Fransanın ədəbaz prezidenti Makronun şəxsi şirkətinə çevrilib. Azərbaycana qarşı çirkin təhdid və təbliğatın başında simasını itirmiş xalqlar cəlladının özü durur.

Canları cəhənnəmə. Bizə şərəfini itirmiş belə təşkilatda qalmaq qətiyyən lazım da deyil.

Görürsünüzmü, həyasız Şvabe necə iyrənc yalan danışır? Haradadır Avropa Şurasının dəyərləri? İşğalçıya haqq qazandırmaq, torpaqları zəbt olunanı günahlandırmaq, özgə millətləri çapıb-talamaq, dövlətləri qızışdırıb bir-birinin üstünə salışdırmaq nə vaxtdan dəyər hesab olunub? Əgər belə deyilsə əsrin ən dəhşətli qırğını olan Xocalı qətliamını niyə tanımırlar? İki yüz ildə azərbaycanlıları beş dəfə öz ata-baba yurdlarından silah gücünə deportasiya edən terrorçu Ermənistan dövlətinin vəhşilikləri bu təşkiatda niyə pislənilmir?

Azərbaycan Avropa Şurasına hər il 1,5 milyon avro üzvlük haqqı ödəyir. AŞPA-da nümayəndə heyətinin fəaliyyətini dayandırması üzvlük haqqı ilə bağlı məsələni yenidən gündəmə gətirib. Bəs necə? İyirmi beş ildə ona görə pul vermişik ki, ermənilərlə birləşib bizə düşmən kəsilsin, haqq işimizi başqa cür qələmə versin, şər atsın, təhdid etsin? Onsuz da bizə hürənlər az deyil ki, birini də satın alaq?

Frank Şvabe kimi qansız nasist balasını qınamaq lazım deyil. Çünki onun Hitler babası dinc xalqları qıraraq dünya ağalığı eşqinə düşmüşdü. Lakin çox çəkmədi ki, onun qurduğu dövlət və  faşizm darmadağın edildi, özü isə sağ ələ keçməmək üçün başına bir güllə çaxıb alman xalqını qırğına verdi. Biz indi bu yastıburun Şvabedə axtarıb hansı insani keyfiyyəti tapa bilərik? Heç olmasa səlibçi babalarını unutmasın.  Yaddan çıxarmasın ki, xaçlı ordularını darmadağın edən türklərin Osman Qazisi, Səlahəddin Əyyubisi, Orxan Qazisi, Atatürkü indi də var.

Bizə Avropaya inteqrasiyadan cox qardaş türk dövlətləri ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək daha vacibdir. Gözümüzin içinə baxa-baxa etmədiklərimizi bizə həyasızcasına sırımağa çalışan, düşmənlərimizi aşkar surətdə müdafiə edən qarı düşməndən dost olmayıb və olmayacaq da. Çünki bunlar min ildən çoxdur ki, hər fürsətdə türkləri yox etməyə çalışıblar. Birinci Dünya müharibəsində 20 Avropa ölkəsi birləşərək qardaş Türkiyəyə də bu məqsədlə hücum etmişdilər. Lakin niyyətləri puça çıxdı. Şvabelər düşünməsinlər ki, biz bunları unutmuşuq. Şvabe kimi süpürüntüləri kanalizasiyaya axıtmaq üçün yenə də birləşməliyik.

 Bizə əxlaqsız Avropa mədəniyyəti və davranışları lazım deyil. Qoy onlar öz parlamentlərində qarğa kimi qarıldaşsınlar. İndiyədək Azərbaycandan alıb yedikləri üzvlük haqları Şvabe və onun kimi avrohəyasızların burunlarından gəlsin! Gələcək də. Qoy kişilərini bir-biri ilə evləndirən avropalı şərəfsizlər öz qədim peşələrini haylarla bölüşdürsünlər və bu şərəfsizliyin adını Avropa mədəniyyəti qoysunlar.

Vəli İlyasov, “İki sahil”