Milli Məclisin yeni formalaşan İntizam komissiyasının ilk iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Səsvermə nəticəsində deputatlar - Eldar İbrahimov komissiyanın sədri, Asim Mollazadə sədr müavini, Kamal Cəfərov isə komissiyanın katibi seçiliblər.
İclasda komissiya üzvləri Hikmət Məmmədov, Nizami Səfərov, Afət Həsənova, Kəmaləddin Qafarov, Nəsib Məhəməliyev, Məşhur Məmmədov və Məlahət İbrahimqızı iştirak ediblər.