Dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) bağlanmayacağını, faktiki olaraq Dövlət Departamentinin nəzarətinə veriləcəyini bildirib. Ağ Evə qayıtdıqdan sonra Donald Tramp ABŞ-ın digər ölkələrə demək olar ki, bütün yardımlarının dondurulmasını əmr edib. Bu aksiyaların məqsədi, xüsusən də humanitar missiyaları “Öncə Amerika” prinsipinə uyğunlaşdırmaqdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Bildirilir ki, İlon Mask USAID-a qarşıdır. O hesab edir ki, agentlik radikal solçu ideyaları yayan və Amerikaya zərər verən siyasi qərəzli “qurdlar topu”dur. Onun fikrincə, bu strukturu islahat etmək olmaz.
ABŞ prezidentinin sözlərinə görə, USAİD-i “bir dəstə radikal dəlilər idarə edir və biz onları oradan çıxaracağıq və sonra qərar verəcəyik”. Söhbət bütün dünyada Amerika yardımını idarə edən milyard dollarlıq büdcəsi olan agentlikdən gedir. USAID-in inkişaf etməkdə olan ölkələrdə qeyri-ənənəvi cinsi oriyentasiyaya malik vətəndaşları dəstəkləmək üçün ayrıca proqramı da var.
Dövlət katibi Marko Rubionun dediyi kimi, o, Donald Trampın proqramına uyğun olaraq yeni Dövlət Departamentinin direktivlərinə əməl etməlidir. Deməli, yəqin ki, korrupsiyadan, solçuluqdan təmizlənəcək.