Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev türkiyəli həmkarı Gökhan Turanla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə bildirib
"Qardaş Türkiyənin Almaniyaya təyin olunmuş yeni Səfiri Gökhan Turan ilə görüşməyimdən çox məmnun oldum. Berlinə xoş gəlmişsiniz, cənab Səfir!", – Azərbaycanın Berlindəki diplomatik missiyasının başçısı qeyd edib.
Səfir görüşün təfərrüatlarını bölüşməyib.
Qeyd edək ki, Turan yanvarın 11-də Türkiyənin Almaniyadakı səfiri təyin edilmiş, 20 gün sonra isə vəzifəsinin icrasına başlamışdı. O, daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru vəzifəsində çalışırdı.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb