Pakistanla Azərbaycan arasında viza rejiminin ləğv edilməsi planlaşdırılmır.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohuiddin bildirib.
Diplomat qeyd edib ki, sadə pasportlar üçün Azərbaycan da, Pakistan da e-viza sistemi tətbiq edib:
"Nəticə etibarilə hər iki ölkənin vətəndaşları üçün viza cəmi bir neçə saat ərzində verilir. Viza məsələsi ilə bağlı heç bir problem yoxdur. Ona görə də vizasız gediş-gəliş sisteminin tətbiq edilməsi planlaşdırılmır. Yəni viza rejimi çox yumşaqdır. Bəli, biz hər iki ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqini istəyərdik. Amma hazırda bu barədə xüsusi müzakirələr aparılmır".
Səfir onu da əlavə edib ki, keçən il Pakistandan Azərbaycana 80 mindən çox turist gəlib.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır