06 fevral 2025 16:19
94

Emin Əmrullayev: Ötən il 96 məktəbdə metodiki xidmət təşkil olunub

Ötən il 96 məktəbdə metodiki xidmət təşkil olunub.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, ötən il 96 məktəbdə 1 080 metodiki görüş təşkil edilib:

"2024-cü il ərzində 5 min 840 dərs dinləmə hayata keçirilib. 59 nəfər qiymətləndirmə metodisti sinqapurlu təlimçilər tərəfindən təlimləndirilib və onlar 143 məktəbdə fəaliyyətə başlayıblar".