ABŞ hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə xarici yardımı davam etdirməlidir.
“İki sahil” NBC News-a istinadla xəbər verir ki, Microsoft-un yaradıcısı Bill Qeyts ABŞ prezidenti Donald Trampa bununla bağlı müraciət edib.
"Qeyts USAİD vasitəsilə xarici yardımın davam etdirilməsini müdafiə etmək üçün Ağ Evdə Trampla görüşdüyünü söyləyib", - deyə, xəbərdə qeyd edlir.
Tramp bundan əvvəl USAİD-i media orqanlarına ödəmək üçün federal büdcədən milyardlarla dollar oğurlamaqda ittiham edib.