07 fevral 2025 09:49
282

Naxçıvanda güzəştli mənzil tikintisinə başlanılacaq

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasında şəhərində yaşayış kompleksinin tikintinə başlamağa hazırlaşır

“İki sahil” xəbər verir ki, kompleks Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində 5 hektar torpaq sahəsində inşa ediləcək.

Hazırda güzəştli mənzillərlə bağlı layihələndirmə işləri aparılır. Bu işlərin 620 min manata başa gələcəyi gözlənilir.