SOCAR-ın strategiyası ümumilikdə klassik ənənəvi enerji şirkətindən həm aşağı karbonlu, həm də ənənəvi karbon sahələrində çoxyönlü portfelə malik enerji şirkətinə keçməkdir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR prezidentinin müşaviri Elçin Ağakişiyev IADC Drilling Caspian 2025 konfransı və sərgisinin ikinci günündə bildirib.
O bildirib ki, SOCAR-ın strategiyası həm ənənəvi, həm aşağı karbonlu, həm də alternativ enerji mənbələri ilə enerji ehtiyaclarını qarşılayan çox yönlü bir şirkətə çevrilməkdir: "COP29 enerji oyunçularını bir araya gətirməyə və öhdəliyi təmin etməyə, qlobal enerji keçidini irəlilətməyə imkan verən və onun məqsədləri haqqında danışmağa imkan verən, iqlim dəyişikliyinin həllində, innovasiyaların təşviqində və beynəlxalq əməkdaşlığın təşviqində irəliləyiş nümayiş etdirən strateji platforma rolunu oynadı.
Məhz bunun nəticəsidir ki, qlobal tərəfdaşlarla 20-dən çox əməkdaşlıq müqaviləsi imzalanıb. Buraya rəqəmsal transformasiya, süni intellektdən istifadə, emissiyaların azaldılması, geotermal kəşfiyyat kimi alternativ enerji mənbələrinin tədqiqi daxildir".
"Neft və qaz sənayesi üçün əsas məsələlərdən biri metan qazının azaldılması üçün 6-cı maddənin iqlim maliyyəsində istifadəsinin tətbiqidir. Metanın azaldılması, onun tənzimlənməsi ümumi qlobal istiləşməni 1,5% azaltmağa kömək edə bilər. Buna görə də 6-cı maddə qrupu ilə birlikdə təşkil edilən bu tədbir maliyyə mənbələrini anlamağa kömək edir", - E.Ağakişiyev qeyd edib.