Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Ukraynaya göstərdiyi dəstəyi və bu ölkəyə növbəti humanitar yük partiyasının göndərilməsini alqışlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"Azərbaycanın humanitar dəstək çərçivəsində Ukraynaya yardımın yeni partiyasını göndərməsini alqışlayırıq", - paylaşımda qeyd olunub.
Səfirlik vurğulayıb ki, Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb