İstanbulda yanvarın ortalarından saxta içki qəbulundan 70 nəfər ölüb, 150-dən çox insan tibb müəssisələrinə müraciət edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə NTV telekanalına İstanbul valisi Davut Gül məlumat verib.
"Yanvarın 14-dən fevralın 6-dək İstanbulda saxta içki qəbulundan 70 nəfər ölüb, 150-dən çox insan xəstəxanalara tibbi yardım üçün müraciət edib. Alkoqollu içkilərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar çərçivəsində 190 nəfər saxlanılıb, onlardan 11-i müvafiq cinayət işləri çərçivəsində həbs edilib", - o bildirib.
Valinin sözlərinə görə, İstanbul polisinin keçirdiyi əməliyyatlar çərçivəsində 86 min litrdən çox metil və etil spirti müsadirə edilib.
Xatırladaq ki, bu gün Ankara valisi Vasip Şahin bildirib ki, paytaxtda saxta spirtli içki qəbulundan sonra 33 nəfər ölüb.