08 fevral 2025 01:25
87

Sağlam yuxu üçün...

Getdikcə daha çox insan stress səbəbindən yuxusuzluqdan əziyyət çəkir. Mütəxəssislər onlara normal yuxunu necə bərpa etmək barədə məsləhətlər veriblər.

Yuxusuzluğun bir çox səbəbi var. Ən çox rast gəlinənləri rusiyalı həkimlər Elvira Fesenko və Tatyana Şapovalenko “Rossiya 1” telekanalında yayımlanan “Ən vacibi haqqında” verilişinin yeni buraxılışında qeyd ediblər. Mütəxəssislər problemin həlli ilə bağlı tövsiyələrini bölüşüblər. Xüsusilə yatmazdan əvvəl hansı qidaları yeməyin daha yaxşı olduğunu açıqlayıblar.

"Əsas qayda odur ki, yemək ağır olmamalıdır və uzun müddətə həzm edilməlidir",-deyə Tatyana Şapovalenko izah edib.

Sağlam yatmaq üçün son yemək yatmadan iki və ya üç saat əvvəl olmalıdır. Axşam saatlarında çox miqdarda duz və ədviyyatdan qaçın: ədviyyatlar sinir sistemini həyəcanlandırır. Yağlı və çox qızardılmış qidalar da yaxşı yuxuya mane olur. Həmçinin porsiyanın ölçüsü də orta səviyyədə olmalıdır.

“Axşamlar əsasən, az yağlı protein məhsulları- yağsız ət, yağsız quş əti, az miqdarda balıq, mikrobiota üçün faydalı olan qatıq, kəsmik kimi protein məhsullarının yeyilməsi məsləhətdir”, - Elvira Fesenko açıqlayıb.

Nubar Süleymanova, “İki sahil”