Sloveniyanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi üzrə Dövlət Katibi (nazir müavini statusunda – red.) Marko Ştuçinin Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşü olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “Report”un Ankara bürosuna hazırda Bakıya səfər edən Sloveniyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankarada yerləşir) Qorazd Rençel verib.
Səfir deyib ki, görüşlə əlaqədar Marko Ştuçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
Səfirin sözlərinə görə, 9-11 fevral tarixlərini əhatə edən səfər proqramı çərçivəsində Marko Ştuçin Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşərək ikitərəfli siyasi məsləhətləşmələr aparacaq, iqtisadi əlaqələrin dərinləşdirilməsini və regional məsələləri müzakirə edəcəklər.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır