"Bu gün elə bir vəziyyət yaranıb ki, artıq Qərb dövlətləri özləri indiyədək özlərini beynəlxalq aləmə qanunun aliliyi, demokratiya, insani dəyərlərinin müdafiəçisi kimi yaradıb təqdim etdikləri beynəlxalq qeyri-hökumət təşkilatlarının əsl mahiyyətini açıqlayaraq hansı çirkin planların həyata keçirməsində istifadə edildiyini ifşa etməkdədirlər. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv edilməsinin gündəmə gəlməsi bunun bariz nümunəsidir. Artıq ABŞ rəhbərliyi özü rəsmi şəkildə USAID-in dünyada hansı çirkin və məkrli planları həyata keçirdiyini etiraf edirlər".
“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputatın sözlərinə görə, vəziyyət o həddə çatıb ki, artıq ABŞ-nin yeni prezidenti Donald Tramp USAID-i ləğv etmək barədə qərara gəlib.
"Tramp komandası USAID-in dünyanın müxtəlif ölkələrində terrorçuluğu dəstəkləməkdən tutmuş, narkotikanın təşviqinə dəstək vermək barədə ən müxtəlif cinayət əməllərinin təşkilatçıları olmaqla yanaşı, onları maliyyələşdiriblər. USAID ABŞ-nin dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAID illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edib. Bu qurum bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.
Ameriaklı siyasətçi Robert Kennedi bəyan edib ki, USAID 2014-cü ildə Ukraynada hakimiyyət çevrilişinə 5 milyard dollar xərcləyib. Biz bunun dünyanın digər ölkələrində də şahidi olmuşuq. USAID-in Azərbaycanda da xaos yaratmaq cəhdi olub. Lakin onların bu cəhdlərinin qarşısı zamanında alınıb.
Hətta amerikalı milyarder İlon Mask USAID-i çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Bu səbəbdən də təşkilatdan amerikalı vergiödəyiciləri qarşısında hesabat vermək tələb olunur", - o qeyd edib.
Deputat bildirib ki, USAID-in son 4 ildə Azərbaycana qarşı çirkin niyyətlərinə diqqət yetirmək kifayətdir: "Düzdür,
USAID 2000-ci illərin əvvəllərində Azərbaycanda da xaos həyata keçirməyə çalışıb. Məqsəd isə Azərbaycanın inkişafına mane olmaq, ərazi itkisi ilə razılaşmaq planını reallaşdırmaqdan ibarət olub. Amma 2020-ci ildən Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonrakı qələbəsini həzm edə bilməyən USAID açıq şəkildə ermənilərə havadarlıq edərək separatizmi və revanşizmi dəstəkləyib. Bu məqsədlə Ermənistana milyonlarla dollar vəsait ayırıb. Bu yolla Azərbaycan qarşı hibrid təhdilər yaratmaq çalışıb. Lakin cənab Prezident İlham Əliyevin milli maraqlara söykənən yürütdüyü siyasət nəticəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsi nəticəsində ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları iflasa uğramış oldu. Nəticədə bir zamanlar dünya ölkələri üçün ciddi təhdid mənbəyi olan USAID-in əsl siması bəlli oldu. Bu təşkilatın bir cinayətkar və çirkin oyunlarda istifadə edilən struktur kimi ifşa olunmaqdadır. İnanıram ki, USAID-in bu acı aqibətini dünya ölkələrinə təhdid mənbəyi olan digər təşkilatlar da yaşayacaq".