10 fevral 2025 12:45
127

“Adana Demirspor”un prezidenti stadionda monitoru qopardı

“Adana Demirspor”un prezidenti Murat Sancak ötən gün “Qalatasaray”la keçirilən oyunda stadionun oturacaqlarındakı monitoru yerindən qoparıb. 

“İki sahil” xəbər verir ki, buna səbəb matçın baş hakimi Oğuzhan Çakırın onların qapısına 12-ci dəqiqədə penalti təyin etməsidir. 

M.Sancak referinin qərarına etiraz olaraq monitoru yerindən qoparıb. Yanındakılar isə onu sakitləşdirməyə çalışıb. 

Qeyd edək ki, “Qalatasaray” – “Adana Demirspor” matçı 30-cu dəqiqədə yarımçıq dayandırılıb. Klubun prezidenti Murat Sancak hakim qərarlarına etiraz olaraq komandasından meydanı tərk etmələrini tələb edib. 

“Adana Demirspor” meydanı tərk edərkən isə hesab 1:0 “Qalatasaray”ın xeyrinə olub.