11 fevral 2025 11:38
103

Gələn həftə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi müddəti başa çatır

Gələn həftə bələdiyyə seçkilərinin nəticələrinin elan edilməsi müddəti başa çatır.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Plana əsasən, seçkilərin yekunlarının yoxlanılması və təsdiqi Seçki Məcəlləsinə uyğun olaraq səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni 2025-ci il fevralın 18-dək başa çatdırılmalıdır.

Seçkilərin yekunlarının elan edilməsi isə qanunvericilikdə göstərildiyi kimi, seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində, yəni 2025-ci il fevralın 23-dək həyata keçirilməlidir.

Hər iki prosedur üzrə məsul qurum Mərkəzi Seçki Komissiyasıdır.

Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.