Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.
“İki sahil” xəbər verir ki, Fərmana əsasən, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sənədin müddəalarının həyata keçirilməsi təmin ediləcək.
Bundan başqa, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndəriləcək.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır