12 fevral 2025 16:06
91

Somali Prezidenti: “ASAN xidmət” dövlət xidmətləri sahəsində ən yüksək peşəkarlıq səviyyəsidir

“ASAN xidmət” əla təcrübədir və biz onun fəaliyyəti ilə bağlı çoxlu məlumat əldə edə bildik. Bu, dövlət xidmətlərinin göstərilməsi sahəsində ən yüksək peşəkarlıq və səmərəlilik səviyyəsidir. Burada vətəndaşların işlərini sürətləndirmək üçün yaxşı imkanlar yaradılıb.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud deyib.

“Biz somalili olaraq azərbaycanlı qardaşlarımızın və Azərbaycan hökumətinin atdığı addımları yaxından izləmək qərarına gəldik. Azərbaycan rəhbərliyi Somaliyə öz ictimai xidmətində yeniliklər yaratmaqda dəstək verəcəyini vəd etdi. Biz bunu mümkün qədər tez etmək niyyətindəyik. Somali bərpaolunan və sürətlə inkişaf edən bir ölkədir. Bizim bu cür xidmətlərə ehtiyacımız var və ona görə də düşünürəm ki, Azərbaycanın təcrübəsindən yararlanacağıq”, - deyə Hasan Şeyx Mahmud fikirlərinə yekun vurub.