12 fevral 2025 20:45
90

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi Gürcüstan mətbuatının da diqqət mərkəzində olub.

“İki sahil” xəbər verir ki, geniş oxucu auditoriyasına malik olan imedinews.ge, primetime.ge portalları Azərbaycan Prezidentinin ABŞ-la münasibətlərinə dair fikirlərini yayıblar.

Prezident İlham Əliyevin fikirlərindən gətirilən sitatlarda deyilir: “Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Biz gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.