Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı razılaşıblar ki, Ukraynada uzunmüddətli nizamlanma dinc danışıqlar yolu ilə mümkündür.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ukraynada nizamlanma mövzusu müzakirə olunub. Prezident Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub", - Kreml sözçüsü qeyd edib.
Telefon danışığında ABŞ və Rusiya prezidentləri şəxsi təmasları davam etdirmək, xüsusən də görüş təşkil etmək barədə razılığa gəliblər.