Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün Fəxri xiyabanı ziyarət edib.
“İki sahil” xəbər verir ki, diplomat Ulu Öndər Heydər Əliyevin məzarı qarşısına əklil qoyub.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.
Səfir daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları yad edib, məzarlarının üzərinə qərənfillər düzüb. “Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.
Sonda isə “Türk şəhidliyi” abidəsi ziyarət olunub.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır