Bələdiyyə seçkiləri çox yüksək səviyyədə keçib.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, səsvermənin şəffaf keçirilməsi üçün vebkameralar analoqu olmayan texnologiyanın tətbiqidir: “Digər tərəfdən, media nümayəndələrinin Azərbaycanda seçkilərdə iştirakı üçün nümunə ola biləcək şərait yaradılıb. Media nümayəndələri bu seçkilərdə də çox fəal idilər. Şəffaflığı təmin edən səbəblərdən biri də müşahidəçilərin qeydə alınması ilə bağlıdır. 5846 məntəqədə seçki keçirilib və müşahidəçilərin bu məntəqələrin hamısında müşahidə aparmaq hüququ var idi. Bütün müraciət edən müşahidəçilərə şərait yaradılır. Bu seçkilərdə 70625 müşahidəçi qeydiyyatdan keçmişdi”.
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb
Fərhad Məmmədov: “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi odur ki, bu proses hökumətlərin dəstəyi ilə reallaşır