14 fevral 2025 17:04
119

Seçkilərdə yol verdiyi nöqsanlara görə bəzi seçki komissiyaları buraxılıb

Seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyənləşdirilməsində yol verilən nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 8 saylı, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin 29 və 30 saylı, 80 saylı Lerik – Astara seçki dairəsinin 62 saylı, 81 saylı İmişli seçki dairəsinin 11, 42, 43, 44, 46 saylı və 86 saylı Ağcabədi seçki dairəsinin 30 saylı seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılıb.

“İki sahil” xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bələdiyyə seçkilərinin ümumi yekunlarına həsr olunmuş iclasında qəbul olunub.