15 fevral 2025 10:30
229

SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Asiya İnkişaf Bankı (ADB) arasında birgə layihələrin icrasına dair məsələlər müzakirə edilib.

Şirkətdən “İki sahil”ə verilən məlumata görə, SOCAR-ın prezidenti Rövşən Nəcəf ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüş keçirib. Görüşdə tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, o cümlədən enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.

Söhbət zamanı SOCAR-ın dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər bərpa olunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafı təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.