15 fevral 2025 23:59
235

Azərbaycan və Latviyanın XİN başçıları hökumətlərarası komissiyanın iclasına hazırlığı nəzərdən keçiriblər

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.