Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “ADNOC Gas” şirkəti BƏƏ və Hindistan arasında enerji əməkdaşlığının əhəmiyyətli dərəcədə genişlənməsini təmin edən “Indian Oil” korporasiyasına mayeləşdirilmiş təbii qazın tədarükü ilə bağlı böyük və uzunmüddətli müqaviləni yekunlaşdırıb. Dəyəri 7-9 milyard dollara qədər olan 14 illik alqı-satqı müqaviləsi ilə “IndianOil”a 2026-cı ildən başlayaraq hər il 1,2 milyon tona qədər mayeləşdirilmiş təbii qazın göndərilməsi nəzərdə tutulur.
“ADNOC Gas”ın baş direktoru Fatema Əl Nuaimi Hindistanın 2030-cu ilə qədər qaz istifadəsini əsas enerji qarışığının 15%-nə çatdırmaq kimi iddialı məqsədini dəstəkləməkdə sazişin əhəmiyyətini vurğulayıb, eyni zamanda şirkətin daha aşağı enerji həlləri təkliflərini qeyd edib.
Mayeləşdirilmiş təbii qaz illik 6 milyon ton istehsal gücü ilə dünyanın ən qədim LNG zavodlarından biri olan “ADNOC Gas”ın “Das Island” obyektindən alınacaq. Bu obyekt fəaliyyətə başlayandan bəri 3500-dən çox LNG yükünün uğurla çatdırılması ilə etibarlılığını nümayiş etdirib.
Bu razılaşma “ADNOC”un inkişaf edən Asiya bazarlarında aparıcı LNG təchizatçısı kimi mövqeyini daha da gücləndirəcək.
Nubar Süleymanova, “İki sahil”