18 fevral 2025 11:47
256

"Azəriqaz"ın baş direktoru İsmayıllıda vətəndaş qəbulu keçirəcək

Fevralın 21-də, saat 11:00-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov İsmayıllı rayonunda vətəndaş qəbulu keçirəcək.

"İki sahil" quruma istinadən xəbər verir ki, qəbul Heydər Əliyev Mərkəzində olacaq, Ağsu və İsmayıllı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 070-244-58-20; 050-845-75-15) müraciət edə bilərlər.