“SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen (YSPE) zavodu bu il fevralın 1-dək istehsal həcmi 337 min ton təşkil edib.
"İki sahil” SOCAR-a istinadən xəbər verir ki, qeyd olunan tarixədək zavodun ixrac həcmi 310 min tona çatıb.
"Zavod Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft ixracının artırılmasına, idxaldan asılılığın azaldılmasına və kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına əhəmiyyətli töhfə verir", - məlumatda deyilir.
Xatırladaq ki, “SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilib. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184 min və 120 min ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilib.
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub
SOCAR-ın prezidenti ABB şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti ilə görüşüb
Rövşən Nəcəf Aşqabadda keçirilən 30-cu Beynəlxalq Neft və Qaz Konfransıda çıxış edib
SOCAR-da ilk dəfə olaraq “İşin icrasına icazə” sisteminin elektron formada tətbiqinə başlanılıb
"CHARGE Europe 2025" konfransı "SOCAR Türkiyə"nin ev sahibliyi ilə İstanbulda keçirilib