19 fevral 2025 10:56
130

Səfir: Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur

Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumun 5 ili - Birgə fəaliyyətə baxış, gələcək hədəflər” adlı dəyirmi masada çıxışı zamanı deyib.

Səfir hər iki ölkənin əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə şahidi olduğunu bildirib: "Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur".

"Dostlara və ittifaqlara güvən məsələsi bizim coğrafiyamız üçün önəmlidir. Prezidentlər arasındakı bu əlaqələr gələcək üçün ümid və potensial vəd edir. Bizim qardaşlığımızda hesab-kitab olmaz. Bu səbəbdən bir-birimizə iki qardaş deyirik. Çünki Türkiyədəki zəlzələdəki acını Azərbaycan qədər hiss edən olmadı. Dünən və bu gün olduğu kimi, bundan sonra da Türkiyə tam gücü ilə Azərbaycanın yanında olacaq”, - B.Akgün əlavə edib.