Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" Azərbaycan-Türkiyə dostluğunun əbədi nişanəsidir.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, Türkiyə də daim Azərbaycanın yanında olacaq:
"Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə hazırıq".